SON DƏQİQƏ: Putinin ən önəmli generallarından biri öldürüldü
Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında Rusiya ordusunun generalını öldürüblər.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Öldürülən zabit Rusiyanın Mərkəzi Hərbi dairəsinin 41-ci ordu komandanının birinci müavini, qərargah rəisi, general-mayor Vitali Gerasimov olub.
Gerasimovla yanaşı, Rusiya ordusunun daha bir neçə yüksək rütbəli zabitinin öldürüldüyü və yaralandığı qeyd olunur.




