Azərbaycanın Tehrandakı səfiri: Martın 4-dən etibarən…
“Azərbaycan və İran arasında mövcud olan birbaşa sərnişin aviareyslərinin sayı artırılır”.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” səhifəsində bildirib.
Səfir söyləyib ki, martın 4-dən etibarən Azərbaycanla İran arasında uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.
Hazırda həftədə bir uçuş yerinə yetirilir.





