Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

110 mindən insan qızılcaya qarşı peyvənd edilib

17 may / 09:53 3 dəq
Peyvend
17 may / 09:53
Burada sizin reklamınız ola bilər

Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinin mayın sonunadək davam etməsi nəzərdə tutulur.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında, 20-40 yaşlı əhali arasında təmizləyici immunlaşdırma tədbirləri mart-aprel aylarında keçirilməli idi. Lakin yerlərdə vaksin ehtiyatı qaldığından bu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Apreldən indiyədək ölkədə 110 mindən çox 20-40 yaşlı şəxs qızılca-məxmərək əleyhinə peyvənd edilib.

A.Əliyeva qeyd edib ki, vaxtında peyvənd edilməyən 7-10 yaşlı uşaqlar arasında da təmizləyici immunlaşdırma tədbirləri aparılıb və 14 minə yaxın uşaq peyvənd edilib. Hazırda təmizləyici immunlaşdırma tədbirlərinin aparılması və uşaqların planlı qaydada qızılca və məxmərək əleyhinə peyvənd edilməsi davam etdirilir.

RGEM rəsmisi qeyd edib ki, bu il ərzində Azərbaycanda 263 nəfər qızılcaya yoluxub. Bu ilin yanvar ayında Azərbaycanda 106, fevralda 110, martda 23, apreldə 24 nəfərdə qızılcaya yoluxma halı təsdiqlənib: “Mart-aprel aylarında qızılcaya yoluxma halları azalıb. Hazırda xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır. Xəstəlik hələ ki tam şəkildə aradan qalxmayıb. Amma çox yaxın zamanlarda Azərbaycanda qızılca xəstəliyinin qarşısı tamamilə alınacaq”.

Qeyd edək ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, bu ilin fevral ayında ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Peyvəndləmə məcburi qaydada həyata keçirilmir. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunurlar. Hamilə qadınlar və ya hamilə olmağa hazırlaşan qadınlar, qan, onkoloji xəstəliyi olan, yumurta zülalına allergiyası olan şəxslər bu vaksinə qarşı peyvənd oluna bilməzlər.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, bu il dünyada qızılca xəstəliyinə yoluxma kəskin şəkildə artıb. 2019-cu ilin yalnız 3 ayında 112 min şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb. Qızılcanın kütləvi yayıldığı ölkələr sırasında Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Madaqaskar, Filippin, Efiopiya və Sudan var.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı