Siyasət

Reznikovun yeni müraciəti

26 fevral / 17:26 1 dəq
NMoQ2CEm19vh
26 fevral / 17:26
Burada sizin reklamınız ola bilər

Ukraynanın müdafiə naziri Aleksey Reznikov xalqa yeni müraciət ünvanlayıb:

Hörmətli ukraynalılar!

Düşmən şərqdəki bölmələrimizi, eləcə də digər rayonlardakı hərbi idarəetmə mərkəzlərini və aerodromları intensiv atəşə tutmağa başlayıb. Ukrayna ordusu rus qoşunlarına cavab verir, düşmənə qarşı cəza tədbirləri həyata keçirərək onları dəf edir.

Ordumuz sizi qorumaq üçün hər şeyi edir və düşmənə keçid fürsəti vermir.

Bu gün sizə bir daha müraciət edirəm: Sakit olun! Mümkün olduğu qədər evdə qalın. Vəziyyət nəzarət altındadır, lakin ordumuzun indi sizin dəstəyinizə hər zamankindən daha çox ehtiyacı var. Sizin rahatlığınız və Ukrayna Silahlı Qüvvələrinə inamınız hazırda ən yaxşı köməkdir!

Vəziyyətlə bağlı vaxtında məlumatlandırılacaqsınız!
Ukraynaya zəfər!

Paylaş
Burada sizin reklamınız ola bilər