Hadisə

Avropa Ukraynalı qaçqınları qəbul etməyə hazırdır

24 fevral / 17:13 2 dəq
621781e9aeeb5621781e9aeeb61645707753621781e9aeeb3621781e9aeeb4
24 fevral / 17:13
Burada sizin reklamınız ola bilər

Avropa Rusiyanın hücumundan sonra Ukraynadan gələcək mümkün qaçqınların qəbuluna hazırdır.

“Qərb Xəbər”in məlumatına görə  görə bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O bildirib ki, Aİ-nin ön xətdə yerləşən üzv ölkələrinin Ukraynadan gələcək mümkün qaçqınların qəbul olunması ilə bağlı fövqəladə hallar planı var.

Ursula von der Leyenin sözlərinə görə, Ukrayna daxilində olacaq məcburi köçkünlərə bütün humanitar dəstək veriləcək, maliyyə dəstəyi artırılacaq: “Ümid edirik ki, bununla əlaqədar Ukraynadan gələcək qaçqınların sayı az olacaq. Nə qədər qaçqın olduğunu bilmirik. Qaçqınlar olacaq, ancaq biz onların hamısına qəbul etməyə tam hazırıq. Ukraynaya 1 milyard avrodan çox məbləğdə makromaliyyə yardımından əlavə, lazım olan bütün humanitar yardımları dərhal göstərməyə hazırıq”, – deyə o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər