Putin dünyaya meydan oxudu: Rusiyaya birbaşa hücum təcavüzkarın darmadağın edilməsi və dəhşətli nəticələrə gətirib çıxaracaq”
Russian President Vladimir Putin gestures during his annual news conference in Moscow, Russia, Thursday, Dec. 17, 2015. President Vladimir Putin says Turkey acted contrary to its own interests by downing a Russian warplane. Speaking at a televised news conference Thursday, Putin said that he sees no possibility of overcoming the diplomatic strain under the current Turkish leadership. (AP Photo/Alexander Zemlianichenko)
“Heç kimdə şübhə olmamalıdır ki, Rusiyaya birbaşa hücum potensial təcavüzkarın darmadağın edilməsi və onun üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”.
“Qərb Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
“Kimsə bizə mane olmağa, xüsusən ölkəmiz üçün, xalqımız üçün təhlükə yaratmağa çalışsa, bilməlidir ki, Rusiyanın cavabı özünü gözlətməyəcək və tarixinizdə hələ heç vaxt rastlaşmadığınız nəticələrə gətirib çıxaracaq. Biz hadisələrin hər cür inkişafına hazırıq və bu barədə lazım olan bütün qərarlar qəbul edilib. Ümid edirəm, sözlərimi eşidəcəklər”,- deyə rusiyalı lider əlavə edib.




