Hadisə

Türk Kiprində Xocalı ilə bağlı konfrans keçiriləcək

22 fevral / 19:08 1 dəq
1614244521680 U7OvxFiO
22 fevral / 19:08
Burada sizin reklamınız ola bilər
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq konfrans keçiriləcək.

Qərbxeber xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Diaspora Dəstək Fondu və Türk Ağsaqqalları Birliyinin təşkilatçılığı ilə fevralın 26-da keçiriləcək konfransda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, dövlət rəsmiləri, millət vəkilləri, azərbaycanlı, türk tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edəcəklər.

Azərbaycan nümayəndə heyəti Hərb Muzeyi, Karaoğlanoğlu Şəhidlər Xiyabanı və Açıq Hava Hərb Muzeyini də ziyarət edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər