Siyasət

İlham Əliyev Aİ rəsmisi Toivo Klaarla görüşüb

21 fevral / 15:14 2 dəq
57052e2fdd6f53bbb44746b6fb43c481
21 fevral / 15:14
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Qərb xəbər” Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə müntəzəm dialoq apardığını xatırlatdıb. Prezident İlham Əliyev Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğulayıb.

Toivo Klaar Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək və Azərbaycan- Avropa İttifaqı əlaqələrinə dair müzakirələr aparmaq üçün Aİ-nin iki komissarının bu yaxınlarda Azərbaycana səfər etdiyini xatırladan xüsusi nümayəndə səfər çərçivəsində çox səmərəli müzakirələrin aparıldığını deyib. Toivo Klaar da Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verdiyini bildirdi. O, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvar olduğunu bildirib….

 

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan arasında kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və digər prinsipial məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər