Baş Prokurorluq 14 nəfərin öldüyü dəhşətli helikopter qəzası ilə bağlı rəsmi açıqlama yaydı
“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı hazırda istintaq davam etdirilir”.
“Qerb Xəbər” məlumat verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
O deyib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş verib.
“Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularıının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib”, – o vurğulayıb.



