Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Azərbaycan ondan danışır – 109 milyon borcu olan bank sədrinin çoxsaylı əmlakları müsadirə edildi: Evlər, torpaq sahəsi, avtomobillər…

12 fevral / 10:31 2 dəq
Nadir ismayil
12 fevral / 10:31
Burada sizin reklamınız ola bilər

2004-2016-cı illərdə “Zaminbank”ın sədri olmuş və külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilmiş Nadir İsmayılovun əmlakları müsadirə edilib.

“Qərb Xəbər” məlumat verir ki, sabiq bankir ümumilikdə 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu epizodlar üzrə yaranmış 31 milyon manat faiz borcunu ödəməyib. 5 milyon manat isə dələduzluq yolu ilə ələ keçirib.

Araşdırmaya təqdim edilmiş sənədlər üzrə hazırda onun 78 milyon manat əsas borcu, 31 milyon manat faiz və cərimə borcları qalıb.

Həmçinin oxuyun: Məktəbdə 4 uşaq anasını öldürən qazinin – Fotosu

Cinayət işinin materiallarından aydın olub ki, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır.

N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrinə əsasən, 14 il müddətə azadlıqdan məhrum edilməklə yanaşı aşağıdakı əmlakları da müsadirə edilib:

– Bakı şəhəri, Nəsimi rayonunda yerləşən iki mənzil;

– Bakı şəhəri, Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi;

– Bakı şəhəri, Xətai rayonunda yerləşən 0,3809 kv.m və 0,0804 hektar torpaq sahəsi;

– Bakı şəhəri, Xətai rayonunda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi;

– Ailə üzvlərinə məxsus mənzil;

– Ailə üzvlərinə məxsus fərdi yaşayış evi;

– Ailə üzvlərinə məxsus 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

– “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı avtomobillər.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı