Nazir müavini vitse-prezident oldu, icra başçısı vəzifəsini itirdi
Azərbaycan Boks Federasiyasına yeni vitse-prezident seçilib.
“Qərb Xəbər” bildirir ki, bu, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlidir. Həmçinin əvvəlki rəhbərliyin dövründə vitse-prezident kimi fəaliyyət göstərmiş Məhərrəm Talıbov işinə davam edəcək.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və əvvəl federasiyanın vitse-prezidenti olmuş Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Xatırladaq ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu dəfə vitse-prezident seçilməyib.
İdarə Heyətinə üzv seçilən Fuad Hacıyev isə həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidentlərindən biridir.
Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Boks Federasiyasına prezident seçilib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı