Siyasət

Tərtər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

6 fevral / 12:17 2 dəq
Müdafiə Nazirliyinin binası
6 fevral / 12:17
Burada sizin reklamınız ola bilər

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub”.

Qərb Xəbər“in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.

Hadisə nəticəsində mülki əhali və Azərbaycan bölmələrinin şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Azərbaycan mövqələri atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

Bildirilir ki, təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları Azərbaycan tərəfindən müşahidə edilib.

Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər