Kateqoriyasız

Ermənistan Prezidentinin səlahiyyətləri rəsmən dayandırıldı – İrəvanda siyasi hərarət yüksəlir

1 fevral / 10:43 1 dəq
Armen sarkısyan
1 fevral / 10:43
Burada sizin reklamınız ola bilər

Ermənistan Prezidentinin səlahiyyətləri rəsmən dayandırılıb.

“Qərb Xəbər” məlumat verir ki, bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident Armen Sarksiyanın istefası barədə qərar imzalayıb.

Ermənistan Prezidentinin istefa qərarı verməsindən keçən 7 gün ərzində qərarını dəyişmədiyi üçün onun səlahiyyətlərinin dayandırılması barədə qərar qüvvəyə minib.

Müvafiq qərar bu gün qanunverici orqanın saytında da yerləşdirilib.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verdiyini açıqlayıb.

Qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər