Ağköynəkin zibil problemi həllini tapmayıb – Foto
Qazax şəhərinin Ağköynək kəndi ərazisində yerləşən zibil poliqonuna atılmalı olan zibil tullantıları ətrafa dağıdılır.
“Qərb Xəbər”in məlumatına görə, bu da əkin və örüş sahələrinə ziyan vurur.
Ərazidə otlayan kənd sakinlərinin heyvanları zəhərlənir, bəzən onları xilas etmək olmur, yerindəcə ölür.
Qeyd edək ki, 2016-cı ilin yekunlarına dair hesabatında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Ağköynək kəndində yerləşən zibil poliqonunun tam dəmir setka ilə hasarlandığını, köhnə zibil tullantılarının iri bulduzerler vasitəsilə torpaq örtüyü ilə örtüldüyünü, poliqona gedən yolun çınqıl örtüyü ilə hamarlandığını və bir ədəd DT-75 markalı traktorun ayrıldığını bildirib.
Bildirək ki, bu “Qərb Xəbər”in mövzuya ikinci müraciətidir. İki ay öncə eyni mövzuda “Ağköynək zibil poliqonunun ərazisi artır, fermerlər əziyyət çəkir – Foto”adlı yazı dərc etsək də, nəticəsi olmayıb. Görünən odur ki, məsələyə baxılmayıb.






