Kateqoriyasız

Dünyanın ən çox izlənilən “YouTube” videosu: ON MİLYARDDAN ÇOX İZLƏNMƏ topladı – VİDEO

14 yanvar / 11:31 1 dəq
Hqdefault
14 yanvar / 11:31
Burada sizin reklamınız ola bilər

Uşaq mahnısı “Baby Shark Dance” (Balaca köpək balığının rəqsi) “YouTube” tarixində 10 milyard baxışı keçən ilk video olub.

Qərb Xəbər” məlumat verir ki, bu barədə videonu yayan Cənubi Koreyanın “Pinkfong” şirkəti məlumat verib.

“Pinkfong”un hazırladığı “Baby Shark Dance” klipi 10 milyard baxışı keçib. Bu, 7,8 milyard dünya əhalisini xeyli üstələyən bir rəqəmdir. Görünür, Yer kürəsinin bütün sakinləri ona ən azı bir dəfə baxıblar”, – deyə şirkətin yanvarın 13-də “Facebook” səhifəsində dərc olunmuş bəyanatında bildirilib.

Qeyd edək ki, klip beş il əvvəl “YouTube”a yerləşdirilib. Bu günə qədər video 32 milyon bəyənmə toplayıb. Videonun altındakı şərhlər hazırda deaktiv edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər