Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Fatih Dönməz: “Qarabağda “yaşıl enerji”nin tətbiqində iştirak edə bilərik”

22 dekabr / 15:03 3 dəq
93257f8b 8c0f 3f84 bf33 a0ae84ddffa9
22 dekabr / 15:03
Burada sizin reklamınız ola bilər

“İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq”.

Report yazır ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.

Fatih Dönməz öz çıxışında xalqlarımızın eyni soykökünə və qarşılıqlı bağlara malik olmasından qaynaqlanan Azərbaycan-Türkiyə əbədi qardaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bildirib.

Ölkəmizin Vətən müharibəsindəki qələbəsinə diqqət çəkən türkiyəli nazir deyib: “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək”.

Onun sözlərinə görə, indiyədək bir araya gətirilən uğurlu əməkdaşlıqlar yeni imkanları şaxələndirmək və qiymətləndirmək üçün böyük həvəs verir: “Məlum olduğu kimi, biz Bakı-Tbilisi-Ərzurum (BTE), Bakı-Tbilisi-Ceyhan (BTC) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) kimi iri infrastruktur layihələri ilə nümunəvi əməkdaşlıq ruhu ilə çıxış edərək regionumuzun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr vermişik. Ötən ildə dəyərli həmkarım Pərviz Şahbazovla İğdır-Naxçıvan təbii qaz xətti üçün anlaşma memorandumu imzaladıq. Bu məqamda SOCAR və BOTAŞ-a işlərini ən qısa zamanda başa çatdırmağı arzu edirik. Texniki detallar həll olunandan sonra biz bu kəməri mümkün qədər qısa müddətdə inşasını planlaşdırırıq. Ötən aylarda biz Bakı-Tbilisi-Ərzurum xəttindən gələcək təbii qazla bağlı müqavilə imzaladıq. Bir daha qeyd etmək istəyirəm ki, biz bu sazişdən çox məmnunuq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı