Kateqoriyasız

Çavuşoğlu: “Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla məsləhətləşirik”

16 dekabr / 12:36 1 dəq
61baf5581dcca61baf5581dccb1639642456d95ea00c9523de6cd897c760cecdd082
16 dekabr / 12:36
Burada sizin reklamınız ola bilər

“Biz hər məsələdə Azərbaycanla məsləhətləşirik”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla normallaşma çərçivəsində qarşılıqlı addımların atılması barədə danışarkən deyib.

“Biz hər məsələdə Azərbaycanla məsləhətləşirik və Azərbaycanın bilgisi daxilində belə addımlar atırıq. Heç kimdə sual yaranmasın ki, biz Azərbaycandan ayrı hərəkət edə bilərik. Biz bir millət, iki dövlətik. Bunlar hamımızın xeyrinə olacaq müsbət addımlardır”, – Türkiyə XİN başçısı bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər