Kateqoriyasız

“Media haqqında” qanun hansı subyektlərə şamil ediləcək?

10 dekabr / 11:50 2 dəq
61b25e80d5aa661b25e80d5aa7163907955261b25e80d5aa361b25e80d5aa5
10 dekabr / 11:50
Burada sizin reklamınız ola bilər

“Media haqqında” qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil ediləcək.

“Qərb Xəbər”in məlumatına görə, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun müddəaları aşağıdakılara şamil edilməyəcək:

– media subyekti hesab edilməyən şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən yayımlanan informasiyaya;

– kütləvi informasiyanın yayılması istisna olmaqla informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara (korrespondensiyaya).

Qanun layihəsinə əsasən, media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Seçki Məcəlləsi ilə tənzimlənəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər