QHT Xəbər

QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verilib

2 dekabr / 15:58 2 dəq
Ec56c64f d597 359a a3d6 95b7c42796b2
2 dekabr / 15:58
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Qərb Xəbər”in məlumatına görə, fərmana əsasən, sənədə yeni bənd əlavə edilib.

Belə ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu Fərmanın 7.2-ci və 7.3-cü bəndləri icra olunanadək, qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydasını, qrant məbləğinin müəyyən edilməsinin müvəqqəti meyarlarını və hər mövzu üzrə qrant məbləğinin yuxarı həddini, habelə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydasını təsdiq edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər