Kateqoriyasız

Azərbaycanda qəzalı məktəblərin sayı

2 dekabr / 14:19 1 dəq
11c2f1b5 0e84 3b0a 85ab e6d4373fdabd 850.jfif
2 dekabr / 14:19
Burada sizin reklamınız ola bilər

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb.

Report xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında hazırda ölkədə 4 400-dən çox məktəbin olduğunu xatırladıb.

Nazir bildirib ki, həmin məktəblərin 75 faizi, yaxud 3 500-ə qədəri tədrisə yararlı vəziyyətə gətirilib: “Qəzalı məktəblərlə bağlı vəziyyətdən xəbərdarıq. Bütün problemi bir gündə həll etmək mümkün deyil. Növbəlilik əsasında proritet məktəblər seçilir”.

“Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər tikilir. Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək”, – nazir əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər