Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

16 nəfərə hərbi səbəblərlə əlaqədar əlillik təyin edilib

19 noyabr / 16:08 2 dəq
61979119877e861979119877e9163732303361979119877e361979119877e5
19 noyabr / 16:08
Burada sizin reklamınız ola bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindəki komissiya tərəfindən daha bir qrup şəxsin əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinəsi keçirilib. Komissiya Agentliyin, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyalarının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarətdir.

Nazirliyin məlumatına görə, müayinə zamanı 16 nəfərə hərbi səbəblərlə əlaqədar əlillik təyinatı aparılıb. 3 nəfərə ümumi səbəblərdən əlillik təyin edilib. Əyani müayinə zamanı hərbi səbəblərlə əlaqədar 3 nəfər əlilliyi olan şəxsin dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmək üçün tibbi göstərişinin olmasına, 5 nəfərin isə müalicəsinin davam etdirilməsinə dair qərar verilib.

Bir neçə şəxsin isə diaqnozunun təsdiqini tapmadığı, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub.

Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Bu dəfəki əyani müayinədə “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nın sədri Füzuli Rzaquliyev iştirak edib.

Qeyd edək ki, bu il 48 minədək şəxsə əlillik təyinatı aparılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı