Ağstafada yeni tikilmiş məşəlin qarşısındakı oturacaqlar yoxa çıxıb – Foto
Ağstafa rayonunda 27 sentyabr – Anım günü şəhidlərin xatirəsini əbədiləşdirmək üçün tikilmiş məşəl-abidə kompleksi barədə xəbər vermişdik.
“Qərb Xəbər”in müxbirinin məlumatına görə, bir gün sonra orada quraşdırılan 4 ədəd təzə oturacaq yoxa çıxıb.
Sakinlərə hansısa tədbir üçün götürüldüyü bildirilsə də, bu günə qədər oturacaqlardan xəbər yoxdur.









