Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatıb
Ümumi təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, sentyabrın 29-dan internet vasitəsilə aparılan ixtisas seçimi bnu gün saat 09:00-da başa çatıb. İxtisas seçimində 6430 abituriyent iştirak edib, onlardan 6330-u Azərbaycan, 100-ü isə rus bölməsindəndir.
Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə də ixtisas seçimi başa çatıb.




