Kateqoriyasız

Azərbaycanda 1783 nəfər koronavirusa yoluxub

16 sentyabr / 15:44 1 dəq
51a30964 09ba 3f9b 9df2 3ae7ca9815b8
16 sentyabr / 15:44
Burada sizin reklamınız ola bilər

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3 680 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər