İqtisadiyyat

Azərbaycan gürcü şərabının idxalını 21% artırıb

8 sentyabr / 11:11 1 dəq
C08589ca 0a4d 3868 91f3 64ef0248ff48
8 sentyabr / 11:11
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 158 411 şüşə şərab ixrac edib.

Report verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.

Məlumata əsasən, illik müqayisədə Azərbaycan gürcü şərabının idxalını 21 % artırıb.

İlk 8 ayda Gürcüstandan 59 ölkəyə 65 milyon şüşə şərab (+19 %) ixrac edilib. İxracdan 145 milyon ABŞ dolları gəlir əldə olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.

Hesabat dövründə gürcü şərabının ən iri tədarükçülərinin ilk beşliyində Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan yer alıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı