Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Azərbaycanlı jurnalistlə bağlı Rusiya Ombudsmanına müraciət olunub

12 mart / 16:33 2 dəq
ELMIRA
12 mart / 16:33
Burada sizin reklamınız ola bilər

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya məktubla müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə kütləvi informasiya vasitələrində Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Fuad Abbasovun sosial şəbəkələrdə ictimai çıxışları səbəbindən izlənilməsi, təqib olunması, təzyiqlərə məruz qalması, habelə həyatı üçün təhlükənin mövcudluğu ilə bağlı məlumatlar verildiyi, bununla yanaşı, digər azərbaycanlı jurnalist, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlunun xidməti vəzifələrini yerinə yetirərkən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə maneələrə məruz qalaraq cari ilin fevral ayından tutduğu vəzifədən azad edildiyi diqqətə çatdırılıb.

E.Süleymanova yuxarıda göstərilən faktların yoxlanılmasını, habelə adı çəkilən azərbaycanlı jurnalistlərin beynəlxalq konvensiyalarda və Rusiya qanunvericiliyində təsbit olunmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsini Rusiya Federasiyasının Ombudsmanından xahiş edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı