Bölgə xəbərləri

Gəncədə 2 nəfəri ildırım vurub, biri komaya düşüb

27 iyul / 22:10 1 dəq
1465203561 molniya
27 iyul / 22:10
Burada sizin reklamınız ola bilər

Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

“Qərb Xəbər”in məlumatına görə, saat 19 radələrində başlayan güclü yağış zamanı Yeni Gəncə qəsəbəsində qeydə alınan hadisədə Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Digər hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub. Adıçəkilən şəxs komaya düşüb.

Paylaş
Burada sizin reklamınız ola bilər