Bölgə xəbərləri

Gəncə sakininin bank hesabından oğurluq olub

27 iyul / 12:36 1 dəq
D787f12d d937 33c3 8856 b28ea6f2940d
27 iyul / 12:36
Burada sizin reklamınız ola bilər

Nizami (Gəncə) Rayon Polis İdarəsinə iyulun 24-də Gəncə şəhər sakini Ş.Tağıyevin bank hesabından 920 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nağıyev müəyyən edilərək saxlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər