Xaçmazda meşə fonduna aid 1 hektar ərazi yanıb
Bu gün Xaçmaz rayonunda meşə fonduna aid ərazidə yanğın qeydə alınıb.
Hadisə rayonun Mirzəmməd kəndində baş verib. Meşə fonduna aid 1 hektar ərazidə quru ot və kol-kos yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı