Kateqoriyasız

Son sutkada 86 nəfər COVID-19-a yoluxub

30 iyun / 16:40 1 dəq
51a30964 09ba 3f9b 9df2 3ae7ca9815b8
30 iyun / 16:40
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330219 nəfər müalicə olunaraq sağalıb, 4974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3749303 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər