Kateqoriyasız

Yol qəzasında həlak olan hərbçilərinə şəhid statusu veriləcək

17 iyun / 12:32 2 dəq
28e3c827 540f 3dde 9a47 737ba0fe381f
17 iyun / 12:32
Burada sizin reklamınız ola bilər

Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında həlak olan hərbi qulluqçularına şəhid statusu veriləcək.

Bu barədə DSX məlumat yayıb.

“Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”, – DSX açıqlamasında qeyd edib.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər