Bölgə xəbərləri

Şəmkirdə 2 yeniyetmə Kürdə batıb

14 iyun / 12:49 1 dəq
60c70e2aed2e560c70e2aed2e61623658026764fdafee2a7682c80209bc31063d626
14 iyun / 12:49
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonu ərazisində Kürdə batan 2 yeniyetmənin meyiti tapılıb.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun və 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, dünən FHN-in “112” qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər