Kateqoriyasız

2 595 yeni yoluxma faktı qeydə alınıb

7 aprel / 14:49 1 dəq
7dde95c3 5487 3be6 bf52 9664236d5988
7 aprel / 14:49
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 14 593, hazırkı dövrədək isə 2 963 012 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

Paylaş
Burada sizin reklamınız ola bilər