Martın 18-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18 996 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 474 607 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikanın bütün rayonlarında uğurla davam etdirilir.