Hökumət Milli Məclisdə hesabat verəcək
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
Bu barədə Reporta parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının martın 16-da keçirilməsi nəzərdə tutulur.
İclasda hökumətin hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.





