Kateqoriyasız

Vətən müharibəsi şəhidi dəfn edildi

9 mart / 12:59 1 dəq
E6a96439 fcba 36f6 af37 e038b10166dd
9 mart / 12:59
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən şəhid hərbi qulluqçusu Cəfərov Babək Məxsus oğlu dəfn edilib.

Reportun məlumatına görə, o, Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Samux rayon Əlikənd kənd sakini, 1991-ci il təvəllüdlü B.Cəfərov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq komaya düşüb. O, martın 8-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.

Şəhidin 2 övladı Vətənə əmanət qalıb.

Allah rəhmət eləsin!

Paylaş
Burada sizin reklamınız ola bilər