Kateqoriyasız

Azərbaycanda daha 365 nəfər koronavirusa yoluxub

5 mart / 14:53 1 dəq
296715a1 cc84 3cde a28b 56a5e077a49c
5 mart / 14:53
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 012 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib. Hazırda 3 335 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 779, bu günə qədər isə ümumilikdə 2 635 770 test icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər