Kateqoriyasız

Hava dəyişəcək – Xəbərdarlıq

18 yanvar / 13:00 1 dəq
519d7bb8 fbdd 358e 9095 a55b8cd884c6
18 yanvar / 13:00
Burada sizin reklamınız ola bilər

Azərbaycanda havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq olunub.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər