Sosial

Qəbul imtahanları iki mərhələdə keçirilə bilər

14 yanvar / 16:21 1 dəq
068fea5a 9b63 303c 8837 d56c71628980
14 yanvar / 16:21
Burada sizin reklamınız ola bilər

“Mart ayında imkan olsa, qəbul imtahanları yenə də iki mərhələdə (yaz və yay) keçiriləcək”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələlər müzakirə edilir: “Çalışacağıq ki, bu il abituriyentlərə iki şans verilsin. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər