Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına heykəl qoyulacağı yer müəyyənləşib

29 aprel / 22:52 2 dəq
29 aprel / 22:52
Burada sizin reklamınız ola bilər

Marneuli rayonunun Sadaxlı kəndində azərbaycanlı xalq qəhrəmanı, sərkərdə Xudu Borçalıya abidə ucaldılacaq.

“Bölgənin Səsi” xəbər verirki, bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müşaviri Giorgi Gegeçkori bildirib.

O deyib ki, X.Borçalı Sadaxlıda anadan olub və onun abidəsinin məhz həmin kənddə qoyulması məqsədəuyğundur: “Bu yaxınlarda Sadaxlı kəndinə səfər olunacaq və heykəlin qoyulacağı yer müəyyən ediləcək. Abidənin tezliklə ucaldılmasına nail olmağa çalışırıq. Ümid edirəm ki, yaxın gələcəkdə Xudu Borçalının abidəsinin açılışı olacaq. Bu abidə Gürcüstan və Azərbaycan xalqları arasında qardaşlıq və dostluğu təcəssüm etdirəcək”.

Qeyd edək ki, X.Borçalı gürcü çarı II İraklinin yaxın dostu olub. Gürcüstanın işğalçılardan azad olunmasında azərbaycanlı sərkərdənin böyük xidmətləri olub.

X.Borçalının abidəsinin müəllifi tanınmış gürcü heykəltaraşı Giorgi Jqentidir. Abidənin layihəsinə əsasən, xalq qəhrəmanının heykəlinin arxa hissəsində Gürcüstan uğrunda canlarından keçmiş azərbaycanlıların ad-soyadlarının əks olunduğu lövhənin yerləşdirilməsi nəzərdə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı