Kateqoriyasız

Gəncədə Ermənistanın raket atması nəticəsində zərər çəkənlərə plastik kart paylanılıb

6 yanvar / 16:12 2 dəq
AnyConv.com 9f22fe85 c4a1 3e19 94d8 7ada5f1262aa
6 yanvar / 16:12
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket atması nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanılıb.

Reportun məlumatına görə, bununla əlaqədar olaraq Gəncədə raket hücumu nəticəsində yaşayış evlərinə ziyan dəymiş vətəndaşlara və ya onların qanuni nümayəndələrinə plastik kartlar paylanılıb.

Vətəndaşlar banka yaxınlaşaraq plastik kartları təhvil alıblar.

Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq sosial məsafənin gözlənilməsinə polis və Daxili Qoşunların əməkdaşları nəzarət ediblər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində ölkə üzrə mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

Xatırladaq ki, Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən 5 gün: 4,5,8,11,17 oktyabr tarixlərində bir neə dəfə raket atəşinə tutulub. Nəticədə 26 mülki şəxs həlak olub, 120-dən artıq vətəndaş yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər