Kateqoriyasız

Kəlbəcərdə polis postları qurulub

9 dekabr / 12:18 1 dəq
5a46ce52 fc95 3887 96d1 10751f565d0f
9 dekabr / 12:18
Burada sizin reklamınız ola bilər

İşğaldan olan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda İlham Əliyevin fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər