Kateqoriyasız

Prezident: “Ağdamdan çıxan ermənilər su xəttini sıradan çıxarıb”

25 noyabr / 12:50 1 dəq
E6566910 a0ad 354d 968a 699a79d6511c
25 noyabr / 12:50
Burada sizin reklamınız ola bilər

“Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik – ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik”, – deyə Prezident əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər