Kateqoriyasız

Mülki şəxslərə dəyən ziyan

16 noyabr / 12:20 1 dəq
7f1116a6 fd2c 3336 a750 c130d9e2322a
16 noyabr / 12:20
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 410-dir.

Paylaş
Burada sizin reklamınız ola bilər