Nazirlər Kabinetinin qərarı ilə Ağstafa rayonunda giriş-çıxışa 2 noyabra qədər məhdudiyyət qoyulub.
Şəhərin mərkəzi küçələrində də giriş-çıxışlar bağlanıb. Bundan əlavə, Nazirlər Kabineti Yanında Operativ Qərargahın bu barədə qərarı olmasa da yerli rəhbərliyin qeyri-rəsmi qərarı ilə bir çox sahibkarlıq obyektləri də fəaliyyətini dayandırıb.
İndiki durumda bu yerli vergi ödəyicilərinin etirazına səbəb olub.
Bu barədə “Qərb Xəbər”ə danışan Ağstafa şəhər sakini Elşad Məmmədov Operativ Qərargahın qaynar xəttinə zəng edərək, məlumat verdiyini bildirib. Qərargahdan bu barədə hər hansı bir qərar olmadığını qeyd ediblər.