Kateqoriyasız

Mülki əhaliyə qarşı hücumla bağlı son məlumat

23 oktyabr / 12:49 1 dəq
0990ae74 406b 3a1c 9830 4562cf08f039
23 oktyabr / 12:49
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 298 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 156-dir.

Paylaş
Burada sizin reklamınız ola bilər