Kateqoriyasız

Daha 24 kənd işğaldan azad olunub

20 oktyabr / 15:41 1 dəq
9a8d008b 5013 3761 94d8 c5ed2a95eae6
20 oktyabr / 15:41
Burada sizin reklamınız ola bilər

Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

“Qərb Xəbər” saytının məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri;

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın.

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Paylaş
Burada sizin reklamınız ola bilər