Kateqoriyasız

Nazir: “İqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə əl atılmayıb”

16 oktyabr / 12:39 1 dəq
7c366e93 f11a 30c5 9274 15f5840b81a8
16 oktyabr / 12:39
Burada sizin reklamınız ola bilər

“Nazirlər Kabinetinin qərarı yalnız təhsil müəssisələrinə aiddir. Repetitor və digər təhsillə məşğul olan qurumlara aid edilmir”.

“Qərb Xəbər”in məlumatına görə, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə əl atılmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, təhsil kursları ilə bağlı bəlli bir tələblər var:

“Adətən kurslara gedən şagirdlər yuxarı sinif şagirdləridir. Onların qaydalara əməl etməsinə nəzarət daha rahatdır”.

Paylaş
Burada sizin reklamınız ola bilər