Kateqoriyasız

MN: Azərbaycan Ordusu humanitar atəşkəsə riayət edir

12 oktyabr / 12:54 1 dəq
F39e85c7 f4a8 32b3 8222 50c14b476d99
12 oktyabr / 12:54
Burada sizin reklamınız ola bilər

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədi ilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir”, – məlumatda qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər