Kateqoriyasız

Azərbaycan Ordusunun təminatı yüksək səviyyədədir

8 oktyabr / 12:11 1 dəq
A9d045b7 51dd 30f1 8079 4534aa375c47
8 oktyabr / 12:11
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur.

Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb ki, qoşunların təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçular, hərbi texnika və döyüş vasitələri ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat ərzində fasiləsiz təmin edilir.

Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər